Ukraynada qadınlar könüllü hərbi qeydiyyata alına bilər

21 Sentyabr 2022 23:55

Ukraynada qadınlar könüllü hərbi qeydiyyata alına bilər.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə qanun layihəsi Ali Radanın ilk oxunuşunda dəstəklənib.

Bildirilib ki, müvafiq ixtisas və ya peşəyə malik olan, sağlamlığına və yaşına görə hərbi xidmətə yararlı qadınlar qeydiyyatdan keçə bilərlər.

Məlumata görə, qanun layihəsi qısaldılmış versiyada ikinci oxunuş üçün hazırlanacaq.

Milli.Az