Ərdoğan Aleksandr Van der Bellen ilə görüşüb

21 Sentyabr 2022 23:48

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda xarici dövlətlərin rəhbərləri ilə görüşlərini davam etdirir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu gün R.T.Ərdoğan Avstriya Prezidenti Aleksandr Van der Belleni qəbul edib.

Mətbuata qapalı keçirilən görüşdə xarici işlər naziri Mövlud Çavuşoğlu, milli müdafiə naziri Hulusi Akar, ticarət naziri Mehmet Muş, AKP sədrinin müavini və partiya sözçüsü Ömər Çelik, AKP sədrinin müavini Efkan Ala da iştirak edib.

Milli.Az