31 yaşlı kişi qəzada ölüb, qardaşı xəsarət alıb

21 Sentyabr 2022 23:07

Neftçalada baş verən ağır yol-nəqliyyat hadisəsində ölən şəxsin kimliyi məlum olub.

Milli.Az "report"a istinadən bildirir ki, Qardaşbəyli kəndində "Mercedes" markalı minik avtomobilinin idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılması nəticəsində Salyan şəhər sakini, 1991-ci il təvəllüdlü Abbasov Cahid Cavid oğlu ölüb.

Qeyd edək ki, hadisə zamanı onun qardaşı, 1990-cı il təvəllüdlü Abbasov Şəhriyar Cavid oğlu müxtəlif dərəcəli ağır xəsarətlər alıb. Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilirb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az