Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 21:57-də Naxçıvan stansıyasından 78 km cənub-qərbdə İran ərazisində zəlzələ qeydə alınıb.
Bu barədə Milli.Az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.
Zəlzələ ocağı 5 km dərinlikdə yerləşib. Yeraltı təkanlar Naxçıvan Muxtar Respublikasında 3-4 bala qədər hiss olunub.
Milli.Az