47 yaşlı kişi bıçaqlanıb

21 Sentyabr 2022 21:34

Şəmkir şəhərində bıçaqlanma hadisəsi olub.

Milli.Az "report"a istinadən bildirir ki, rayon sakini, 1975-ci il təvəllüdlü C.Məmmədov mərkəzi küçələrin birində mübahisə zəminində bıçaqlanıb.

O, xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisənin kim tərəfindən və hansı səbəbdən törədildiyi hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az