Bayden Rusiyanı ittiham edib

21 Sentyabr 2022 21:21

"Rusiyanın hərəkətləri BMT Nizamnaməsinin ciddi şəkildə pozulmasıdır".

Milli.Az "report"a istinadən bildirir ki, bunu ABŞ Prezidenti Cozef Bayden BMT Baş Assambleyasında çıxışı zamanı deyib.

"Prezident Putin (Rusiya Prezidenti Vladimir Putin - red) Avropaya qarşı açıq nüvə təhdidləri edib və nüvə silahının yayılmaması rejiminin öhdəliklərinə məhəl qoymadığını göstərib", - o bildirib.

Milli.Az