"Bakcell" və "Nar" operatorlarının şəbəkələrində problem aradan qaldırılır

21 Sentyabr 2022 19:27

Azərbaycanda "Bakcell" və "Nar" operatorlarının şəbəkələrində problem yaranıb.

Problemin aradan qaldırılması üçün işlər aparılır.

"Bakcell" şirkətindən Milli.Az-a verilən məlumata görə, texniki nasazlıqla əlaqədar xidmətlərin göstərilməsində məhdudiyyətlər yaranıb: "Texniki heyət çətinliyin tez bir zamanda aradan qaldırılması üçün işlər görür. Yaranan çətinliyə görə dəyərli abunəçilərimizdən üzr istəyir və tez bir zamanda xidmətərimizin bərpa olunacağını bildiririk. Abunəçilərimizə əvlavə məlumat veriləcək".

Milli.Az