“Sosial yardım insanları xarab edib, işləmək istəmirlər” - Parlamentin komitə sədri

21 Sentyabr 2022 15:50

"Sosial yardım insanları xarab edib".

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hicran Hüseynova deyib.

Parlamentin komitə sədri bildirib ki, insanlar işləmək istəmirlər: "Müraciət edir ki, mənə yardım düzəldin. Mən onlara iş deyirəm, amma insanlar balaca da olsa, o yardımı almağa üstünlük verir. Belə olmaz".

Milli.Az