Axiruzzamanda tapılması çətin olanlar

22 Sentyabr 2022 21:55

İmam Zamanın zühurunu mühəyya edən əsas amil zülmün yer üzünü bürüməsidir.

Qiyamətə bir gün qalsa belə Allah o son günü uzadar ki Peyğəmbərin nəslindən və onun adını daşıyan Mehdi zühur edib, yer üzündə ədaləti doldursun.

Ondan öncə dünya nizamı bir-birinə dəyməsə də ictimiayyətin nizamı aradan gedər və dəyərlərin əhəmiyyəti itər. O zaman insanlar öncəki nəsillərin əldə etdiklərinə həsrət qalacaqlar.

Hədislərin birində Peyğəmbər həmin zamanda tapılması çox çətin olacaq iki şeydən söz açır.

Allahın Rəsulu buyurur: "Axiruzzamanda ən az tapılan etibar ediləsi qardaş və halal dirhəm olacaq". (Tuhəful-Üqul, hikmət-141)

Milli.Az