Əcnəbilərə toxunmayın - Həkimin açıqlaması qalmaqala səbəb oldu

22 Sentyabr 2022 21:45

Çində meymunçiçəyinə yoluxma qeydə alındıqdan sonra hökumət əhaliyə xəbərdarlıq edib.

Milli.Az bakupost-a istinadən xəbər verir ki, Çin Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzinin baş epidemioloqu Vu Zunyou insanlara "dəri ilə təmasdan çəkinməyi" tövsiyə edib:

"Sağlam həyat tərzimizin bir hissəsi olaraq, meymunçiçəyi infeksiyasının qarşısını almaq üçün əcnəbilərlə və son üç həftə ərzində xaricdən qayıdanlarla birbaşa dəri təmasından çəkinin. Onlara toxunmayın!".
.
Epidemioloqun bu açıqlaması insanlar tərəfindən birmənalı qarşılanıb.

Bəzi istifadəçilər bunu "irqçi" kimi qiymətləndiriblər.

"Bu, çox yersiz bəyanatdır. Pandemiyanın başlanğıcında bəzi əcnəbilər çinliləri müdafiə edərək onların virusu yaymadıqlarını dedilər".
Başqa bir istifadəçi yazıb: "Nə qədər irqçi bir fikirdir! Bəs mənim kimi 10 ildir burada yaşayan əcnəbilər? Üç-dörd ildir ki, sərhədlər bağlı olduğundan ailələrimizi görmürük".

Milli.Az