Demensiya ilə səhv salınan vitamin defisiti - DİQQƏT

22 Sentyabr 2022 23:01

B12 vitamininin kəskin defisiti demensiya xəstəliyində olan simptomlar verir.

Milli.Az medicina.az-a istinadən bildirir ki, hətta həkimlər də bunu səhv sala bilər.
B12 orqanizmdə eritrositlərin istehsalına cavabdehdir.

O çatışmayanda anemiya baş verir.

B12 çatışmazlığı beyinin, sinir sisteminin işinə mənfi təsir edir.

Qavrama, yaddaşda pozuntular yaradır.

Bir sıra nevroloji problemlər qabarır.

B12 defistinin əsas simptomları:

- Dərinin rənginin avazıması
- Qırmızı ağrılı dil

- Bədəndə iynə sancma hissi
- Görmənin dumanlanması

- Depressiya

- Əsəbilik, qıcıqlanma

- Özünü davranışın dəyişməsi

- Əqli qabiliyyətin zəifləməsi
- Yorğunluq

Bu cidid xəstəlikdir və müalicə olunmalıdır.

Milli.Az