Bitdi, yeni taktikaya keçdik, gözlərinizi yumun! - Kadırov

21 Sentyabr 2022 19:45

Bitdi. Ukraynalı nasistlərə qarşı xüsusi əməliyyatın yeni taktikasına keçmişik. Biz daha onlarla məşğul olmaq fikrində deyilik.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov deyib.

Kadırovun sözlərinə görə, düşmən yaxın gələcəkdə yeni cavab planının genişmiqyaslı nəticələri ilə üzləşəcək və əvvəlki hərəkətlər "uşaq oyuncağı" kimi görünəcək:

"Yalnız bu mesajı özləri üçün xoşagəlməz bir əlamət kimi qəbul edən və qurtuluş üçün balanslı nəticələr çıxaranların bəxti gətirəcəkdir. Hazır olun və gözlərinizi yumun".

Milli.Az