"Bir-iki aydan sonra böyük hərbi münaqişə olacaq"

22 Sentyabr 2022 05:31

Qərbin Rusiya və Çin ilə münasibətlərinin pisləşəcəyini və silahlı münaqişənin dünya miqyasında genişlənəcəyini gözləyirəm.

Milli.Az axar.az-a istinadən xəbər verir ki,  bunu Serbiya Prezidenti Aleksandar Vuçiç rusiyalı həmkarı Vladimir Putinin BMT-də gözlənilən çıxışını şərh edərkən deyib.

"Prezident Vladimir Putinin ümumi mənada nə deyəcəyini təxmin etmək çətin deyil. Güman edirəm ki, xüsusi hərbi əməliyyat mərhələsindən biz böyük hərbi münaqişəyə yaxınlaşırıq və bəlkə də bir-iki aydan sonra böyük hərbi münaqişə olacaq, hansı ki, II Dünya müharibəsindən bəri bizdə belə bir savaş olmayıb", - Vuçiç qeyd edib.

Milli.Az