Bakı yollarında ciddi TƏHLÜKƏ: "Toyota Prius"lar niyə tez-tez qəza törədir? - VİDEO

21 Sentyabr 2022 19:56

O gün olmur ki, toyota prius markalı avtomobillərin iştrakı ilə yol nəqliyyat hadisələri baş verməsin. Ən son dünən bu markadan olan avtomobil sudaşıyan maşına çırpılmışdı. Nəticədə 2 nəfər dünyasını dəyişmişdi. Bu tendensiya belə bir sualı gündəmə gətirir. Axı niyə bu avtomobillərin iştirakı ilə qəzalar olur. Bu, avtomobilə vaxtında edilməyən texniki quluğdanmı qaynaqalanır, yoxsa sürücü məsuliyyətsizliyindən əməkdaşlarımız mövzunu araşdırblar.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, son günlər "Toyota Prius" markalı avtomobillərin iştrakı ilə tez-tez yol nəqliyyat hadisələri baş verir. 

Bəzi hallarda hadisəni real görməsək də, həmin markadan olan nəqliyyat vasitələrinin üzərindəki əziklərdən onun qəzaya uğradığını düşünmək olar. Bu zaman belə bir sual aktuallaşır. ''Prius''lara vaxtında texniki qulluq göstərilmir, yoxsa sürücüləri təcrübəsizdir? Sualımızı elə prius sürücülərinə ünvanladıq.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşı Araz Əsgərli deyir ki, digər nəqliyyat vasitələri ilə müqayisədə ekonom olduğu üçün taksi fəaliyyəti ilə məşğul olanlar məhz bu avtomobillərə üstünlük verirlər. Taksi fəaliyyəti ilə məşğul  olanlar da gərgin iş qrafikində işlədikləri üçün şəhər ərazisində qəzalar qaçılmaz olur.

Avtomobil ustası Sahil Ağabeyli hesab edir ki, vaxtında göstərilməyən texniki qulluq da qəzalara gətirib çıxara bilər. 

Sonda belə qənaətə gəlmə olar ki, istənilən yol nəqliyyat hadisəsində marka yox, sürücü faktoru daha böyük rol oynayır. 

Milli.Az