“Google” xəritəsi ilə Atlantik okeanında sirli obyekt aşkarlanıb - FOTO

21 Sentyabr 2022 16:33

"Google" xəritəsi ilə Atlantik okeanında sirli obyekt aşkarlanıb. Görüntünü "Reddit"in "u/ExuberantBadger" ləqəbli istifadəçisi paylaşıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, yayımlanan şəkildə batmış təyyarə görünür. Skrinşotun başlığında müəllif tərəfindən qeyd olunan koordinatlardan belə nəticə çıxır ki, obyekt Baham adalarının tərkibinə daxil olan Kruked-Aylend adası yaxınlığında tapılıb.

Milli.Az