Luqansk, Donetsk, Xerson və Zaporojyedə referendum keçiriləcək - Putin

21 Sentyabr 2022 10:31

Rusiya "Luqansk Xalq Respublikası", "Donetsk Xalq Respublikası", Xerson və Zaporojye vilayətlərində referendumun keçirilməsinə hər cür dəstək verəcək.

Milli.Az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin bəyan edib.

"Referendumun təhlükəsiz şəraitdə keçirilməsi, insanların bölgənin gələcəyi ilə bağlı iradələrini sərbəst ifadə edə bilmələri üçün hər şey edəcəyik", - deyə Putin bildirib.

Milli.Az