Bakıda İran vətəndaşı həmyerlisindən polisə şikayət etdi

21 Sentyabr 2022 16:53

Bakıda dələduzluqla üzləşdiyini bildirən İran vətəndaşı hüquq-mühafizə orqanlarına müraciət edib.

Milli.Az xəbər verir ki, 1985-ci il təvəllüdlü Rasti Moslem Khodadan Səbail Rayon Polis İdarəsinə müraciətində bildirib ki, həmyerlisi, 1968-ci il təvəllüdlü Hamidreza Soheili Shamiran onu aldadaraq külli miqdarda pulunu alıb.

Şikayətçi iddia edib ki, qarşı tərəf ona məxsus ümumilikdə 47 170 manat pulu ələ keçirib.

Müraciətlə bağlı araşdırma aparılır.

Milli.Az