Türkiyənin ən gözəl qızı seçildi - FOTOlar

21 Sentyabr 2022 10:15

"Miss Turkey" gözəllik müsabiqəsinin qalibi bəlli olub.

Milli.Az olay-a istinadən xəbər verir ki, baş tutan final gecəsində birinci yerin sahibi 19 nömrəli iştirakçı Nursena Say olub.

20 finalçının yarışdığı müsabiqədə 2-ci yeri Aleyna Şirin, 3-cü yeri isə 1984-cü il Avropa gözəli seçilən Neşe Erbekin qızı Selin Erbek Gurdiyan qazanıb.

Milli.Az