Kəlbəcərdə avtomobil aşdı, xəsarət alanlar var

21 Sentyabr 2022 07:41

Kəlbəcər rayonunun Tirkeşəvənd kəndində avtomobili aşıb.

Milli.Az "report"a istinadən bildirir ki, avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1993-cü il təvəllüdlü Tural Əliyev və 1982-ci il təvəllüdlü Ramiz Əmrahov müxtəlif bədən xəsarətləri alıblar.

Hər iki şəxs Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdiriliblər.

Onların vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az