İcarəyə götürdüyü avtomobili işıq dirəyinə çırpıb, xəsarət alanlar var

21 Sentyabr 2022 07:07

Bakının Qaradağ rayonunda yol qəzası qeydə alınıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Lökbatan qəsəbəsində baş verib.

1988-ci il təvəllüdlü Novruzov Ruhin Şirməmməd oğlu icarəyə götürdüyü "KIA" markalı maşında sükana nəzarəti itirrib.

Bundan sonra avtomobil işıq dirəyinə çırpılıb.

Qəza nəticəsində sürücü və avtomobildəki sərnişinlər - dostları 2002-ci il təvəllüdlü Novruzov Hanifi Rasim oğlu o cümlədən 2002-ci il təvəllüdlü Məmmədli Cavid Cəlal oğlu ağır bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.

Milli.Az