Leyla Əliyeva onkoloji xəstəlikdən əziyyət çəkən uşaqlarla görüşüb - FOTO

21 Sentyabr 2022 07:00

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva onkoloji xəstəlikdən əziyyət çəkən uşaqlarla görüşüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Leyla Əliyeva bu barədə rəsmi instaqram səhifəsində paylaşım edib.

Milli Onkologiya Mərkəzinin nəzdindəki Uşaq Onkologiya Klinikasında keçirilən görüş zamanı Leyla Əliyeva uşaqların səhhəti və müalicələrinin gedişi ilə maraqlanıb.

Klinikada müalicə olunan uşaqlara hədiyyələr təqdim edilib.

Milli.Az