İsrail səfiri Arye Qutdan yazdı

20 Sentyabr 2022 23:49

İsrailin ölkəmizdəki səfiri Corc Dik beynəlxalq münasibətlər üzrə tanınmış ekspert Arye Qutun vəfatı ilə əlaqədar özünün tviter hesabında paylaşım edib.

Diplomat Qutun iki ölkə arasında körpü yaratdığını qeyd edib.

"Azərbaycanın və İsrailin əsl vətənpərvərlərindən olan Arye Qut bu gün vəfat edib. O, həyatı boyu xalqlarımız arasında körpü qurub və onun irsi yaşayacaq",-səfir paylaşımında qeyd edib.

Milli.Az