Formula 1 Azərbaycan Qran Prisinin keçirilmə vaxtı açıqlanıb

20 Sentyabr 2022 23:13

FIA Ümumdünya Motorsport Şurası tarixdə ilk dəfə olaraq 24 mərhələni özündə birləşdirən 2023-cü il mövsümünün təqvimini təsdiqləyib.

Milli.Az Trend-ə istinadən bildirir ki, mövsüm martın 5-də Bəhreyndə başlayır və noyabrın 26-da Əbu-Dabidə başa çatır. Qətərdəki yarış ilin əvvəlində Losaildə iş aparıldığı üçün daha sonrakı tarixə təxirə salınıb.

Planlaşdırıldığı kimi, Las Veqas Qran Prisi şənbə gecəsi baş tutacaq, Çin Qran Prisi üç illik fasilədən sonra yenidən keçiriləcək, baxmayaraq ki, yarışın baş tutacağına şübhələr var. Monako və Belçikada mərhələlər də keçiriləcək.

Mohammed Ben Sulayem, FIA prezidenti: "2023 Formula 1 Dünya Çempionatının təqviminə 24 mərhələ daxildir ki, bu da idmanın qlobal miqyasda böyüməsinin və cəlbediciliyinin daha bir sübutudur.

Yeni treklərin əlavə edilməsi və ənənəvi olanların qorunub saxlanması FIA-nın sağlam yanaşmasını vurğulayır. Mən şadam ki, 2023-cü ildə biz daha da geniş azarkeş kütləsinə maraqlı Formula 1 yarışlarının yeni dövrünü təqdim edə biləcəyik".

2023 MÖVSÜMÜ ÜÇÜN FORMULA 1 TƏQVİMİ

Tarix Qran Pri Şəhər
05/03 Bəhreyn Sahir
19/03 Səudiyyə Ərəbistanı Ciddə
02/04 Avstraliya Melburn
16/04 Çin Şanxay
30/04 Azərbaycan Bakı
07/05 Mayami Mayami
21/05 Emilia-Romanya İmola
28/05 Monako Monako
04/06 İspaniya Barselona
18/06 Kanada Monreal
02/07 Avstriya Şpilberq
09/07 Böyük Britaniya Silverstoun
23/07 Macarıstan Budapeşt
30/07 Belçika Spa
27/08 Hollandiya Zandfort
03/09 İtaliya Montsa
17/09 Sinqapur Singapur
24/09 Yaponiya Suzuka
08/10 Qətər Losail
22/10 ABŞ Ostin
29/10 Meksika Mehiko
05/11 Braziliya Sao Paulo
18/11 Las Vegas Las Vegas
26/11 Abu Dabi Yas Marina

Milli.Az