İranda hökümət əleyihinə etiraz aksiyaları keçirilib

20 Sentyabr 2022 22:04

İranda hökümət əleyihinə etiraz aksiyaları keçirilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, etiraz aksiyaları zamanı Tehranın mərkəzində Vəli Əsr meydanı, Kərimxan küçəsi, Taleqani və Vəli Əsr küçəsinə gedən bəzi küçələrdə insanlar polisin müdaxiləsi ilə dağıdılıb.

Etirazçılar hökumət əleyhinə şüarlar səsləndirib, zibil qutularını yandırıb, bəzi şəhər lövhələrinə ziyan vurublar.

Polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.

Milli.Az