Azərbaycan və Ermənistan arasında istənilən münaqişəli vəziyyət Rusiyanı ciddi narahat edir, Moskva tərəfləri atəşkəs rejiminə riayət etməyə çağırır.
Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
"Xüsusi qeyd edim ki, bizə yaxın dövlətlər arasında hər hansı münaqişəli vəziyyət bizi ciddi narahat edir. Hər kəsi təmkinli olmağa, atəşkəs rejiminə ciddi əməl etməyə, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarına qətiyyətlə əməl etməyə çağırırıq", - Rusiya prezidenti vurğulayıb.
Onun sözlərinə görə, mübahisəli ərazi məsələlərinin həllinin açarı Rusiyanın məsləhətçi köməyi ilə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiya çərçivəsində peşəkar birgə işdən keçir.
"Noyabrda İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının illik sammiti keçiriləcək. Qeyd edim ki, Ermənistan-Azərbaycan sərhəd zonasında vəziyyətin gərginləşməsi ilə bağlı təşkilat xətti ilə tədbirlər görülür. Qarşıdurma zonasına KTMT baş katibinin rəhbərlik etdiyi xüsusi missiya göndərilib. Ona vəziyyətin öyrənilməsinin nəticələrinə əsasən Kollektiv Təhlükəsizlik Şurasına təkliflər hazırlamaq tapşırılıb", - Putin söyləyib.
Milli.Az