12 dəqiqə gecikmə... - Metroda problem yaranıb

20 Sentyabr 2022 20:40

Bakı metrosunda qatarda problem yaranıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, nasazlıq metronun "Neftçilər stansiyasında qeydə alınıb.

Stansiyadakı qatardakı nasazlıq səbəbindən sərnişinlər qatarda gözləməyə məcbur qalıb.

Nasazlıq yaranan qatar "Həzi Aslanov" -" Dərnəgül" xətti üzrə hərəkətdə olub. Hadisə nəticəsində stansiyada qatarlar arasında 12 dəqiqə interval yaranıb.

Problem həll edilib və qatarların hərəkəti bərpa olunub.

Milli.Az