Ərdoğan Zelenski ilə telefonla danışdı

20 Sentyabr 2022 19:46

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığı aparıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, danışıq prezident Ərdoğanın BMT Baş Assambleyasında çıxışından əvvəl aparılıb.

Milli.Az