"Kurtlar vadisi"nin aktrisası vəfat etdi

20 Sentyabr 2022 17:08

Türkiyəli məşhur kino və serial aktrisası Başak Özel 51 yaşında vəfat edib.

Milli.Az APA-ya istinadən bildirir ki, aktrisanın vəfat xəbərini sənət dostları sosial şəbəkədə bildiriblər.

Onun vəfat səbəbi qeyd edilməyib.

Xatırladaq ki, aktrisa "Kurtlar vadisi", "İhlamurlar altında", "Melekler adası" kimi böyük televiziya layihələrində yer alıb.

Milli.Az