Daşkəsən-Xoşbulaq-Astaf avtomobil yolunun əsaslı təmirinə 9,5 milyon manat ayrılıb

20 Sentyabr 2022 14:47

Prezident İlham Əliyev Daşkəsən rayonunun Daşkəsən-Xoşbulaq-Astaf avtomobil yolunun əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Milli.Az xəbər verir ki, sərəncamla yeddi min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Daşkəsən-Xoşbulaq-Astaf avtomobil yolunun əsaslı təmirinin başa çatdırılması məqsədilə "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.26.10-cu yarımbəndinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 9,5 milyon (doqquz milyon beş yüz min) manat ayrılıb.

Milli.Az