"Azad edilmiş torpaqlarının sürətli bərpasını görmək sevindiricidir"

20 Sentyabr 2022 14:24

Azərbaycanın işğaldan azad edilmiş torpaqlarının sürətlə bərpa prosesini görmək sevindiricidir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İsraildə bir sıra biznes akseleratorların və beynəlxalq innovasiya mərkəzlərinin təsisçisi və rəhbəri Tal Katran jurnalistlərə "Azərbaycanda mədəni iqtisadiyyat: Şuşa - inkişaf impulsları" mövzusunda keçirilən tədbirdə deyib.

"Bir gün əvvəl mən Şuşa şəhərində oldum. Bu, çoxlu və fərqli duyğularla - şəhərin ağır taleyi ilə bağlı həm kədər, həm də sevinc və gələcəyə ümidlə dolu bir gün idi. Davam edən bərpa prosesini görmək sevindiricidir. Mən müşahidə etdim ki, nəinki keçmiş obyektlər bərpa olunur, hətta yeniləri də tikilir. Bu proses dayanmamalıdır, əsas motivasiya məcburi köçkünlərin öz torpaqlarına qayıtması olmalıdır".

T.Katran Füzuli Beynəlxalq Hava Limanından da danışıb:

"Şuşaya gedərkən biz Füzuli şəhərində dayandıq və orada yeni hava limanı ilə tanış olduq. Aeroportun bir ildən az müddətdə tikilməsini haqlı olaraq dünya rekordu hesab etmək olar", - o əlavə edib.

Milli.Az