Dünya tarixinin ən fəzilətli insanları

20 Sentyabr 2022 22:50

Ən fəzilətli insanlar dünya tarixinin bu dövrünün insanlarıdır. Bu haqda hədisi Əllamə Məclisi qiymətli Biharul-Ənvar əsərində (cild-52, səh-122) gətiribdir.

İmam Səccad(ə) buyurur: "İmamın qeybdə olduğu dövrün insanları ki, onun qeybdə olmasını düşünürlər, onun zühur etməsini gözləyərlər bütün zamanların ən fəzilətliləridirlər.

Çünki Allah Təala onlara elə dərrakə, ağıl və bəsirət verib ki, qeybət onlar üçün müşahidə kimidir (sanki qeybdə olan imamı müşahidə edirlər.) Allah onları peyğəmbərin(s) yanında qılınc ələ alıb, cihad edən şəxslər kimi hesab edir.

Həqiqətən onlar ixlaslıdırlar. Onlar sədaqətli şiələrdir və istər gizlində istərsə də aşkarda insanları Allahın dininə çağırarlar."

Onlar fəzilətlidirlər, çünki görmədən iman gətirib, təvəkkül edərək onun intizarını çəkirlər.

İmam Baqir 12-ci İmamın qeybdə olduğu dövrdə onun intizarında belə tövsiyə edir:

"İmam Baqir (ə) buyurub: Vacibatı yerinə yetirməkdə səbirli olun! (tam və dəqiq yerinə yetirin), Düşmənin qarşısında səbirli olun!( Allahdan ümidiniz kəsməyin) və Müntəzər İmamınızı gözləyin!"

Milli.Az