İmam Sadiqdən ağıl və ibadət haqda maraqlı hədis

20 Sentyabr 2022 22:20

İslama görə təfəkkürü olan ibadətin savabı günlərlə həyata keçirilən və təfəkkürü olmayan ibadətlərdən qat-qat üstündür.

Quran tilavəti və namazların qılınması zamanı da buyurulan təfəkkür onun nə qədər önəmli olmasından xəbər verir.

Hədislərə əsasən alimlərin ibadəti abidlərin ibadətlərindən müqayisə edilməyəcək qədərindən üstündür.

Alimlərin ibadətləri təfəkkür əsasında olduğu kimi onların etdiyi günahlar da bilə bilə baş verir və cahilin səhvi və günahı kimi deyil. Məhz buna görədir ki qiyamətdə alimin bir günahı bağışlanana qədər, savadsız və bilməyən insanın 70 günahı əfv edilər.

İnsanların dinə gəlməsi də bundan müstəsna deyil. Dinləri araşdırdıqdan sonra islama vaqif olmuş şəxslə, el-obanın adətinə ən-ənəsinə sadiq qalaraq islam dinində qalmış insanın ibadətlərinin də fərqi vardır.

Hamının müsəlman olaraq imtiyazlar əldə etdiyini görənlə din yolunda mübarizə aparan bəsirətli şəxsin ibadətləri arasında hökmən ki bir fərq olmalıdır.

Şeyx Kuleyni Usulu-Kafi əsərində (cild-1,səh-12) bu haqda İmam Sadiqdən maraqlı bir hədisi nəql edib.

"Suleyman Deyləmi atasından nəql edir ki o imama yaxınlaşaraq deyib: Ey İmam filankəsi görürəm ki möhkəm dini,imanı var və fəzilətli adamdı.

İmam buyurdu ağlı necədi (düşüncəsi necədi). Dedim ki ey imam bilmirəm. İmam cavab verdi: Savab onun ağlı miqdarında veriləcək".

Milli.Az