“Networking Azerbaijan” Biznes Klubunun təşkilatçılığı ilə növbəti tədbir keçirilib - FOTO

20 Sentyabr 2022 14:13

"Networking Azerbaijan" Biznes Klubunun təşkilatçılığı ilə növbəti tədbir keçirilib.

Biznes klubundan verilən məlumata görə, Beynəlxalq Muğam Mərkəzində baş tutan tədbirdə ölkənin biznes sahəsinin təmsilçilərini kiçik və orta sahibkarlıq subyektlərinin rəhbər və təmsilçiləri işirak edib."Networking Azerbaijan"-ın tərəfindən təşkil olunanan digər toplantılarda olduğu kimi, tədbirin əsas məqsədi sahibkarlar arasında işgüzar əlaqələrin qurulması və genişləndirilməsindən ibarət olub.

Tədbir zamanı sahibkarlar, sərbəst mühitdə  Azərbaycanın və dünyanın işgüzar aləmindəki son tendensiyaları canlı müzakirə etməyə, fikir və təcrübələrini bölüşüb. Azərbaycanın biznes ekosisteminin çoxsaylı təmsilçilərinin iştirak etdiyi  tədbirdə  Baku Translation şirkətinin təsisçisi Orxan Hacıyev qonaqları giriş sözü ilə salamlayaraq,sahibkarlıq subyektlərinin rəhbərlərinin görüşərək işgüzar əlaqələr qurduğu və fəaliyyətlərində irəliləyişə səbəb olan əməkdaşlıq perspektivlərini müzakirə etdiyi belə tədbirlərin iqtisadi inkişafda mühüm rol oynadığını qeyd edib.

"Networking Azerbaijan" biznes klubunun bütün tədbirlərində olduğu kimi, bu gecə də rahat ab-havada keçərək, iştirakçılarının yüksək əhval-ruhiyyəsini təmin edib.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az