Qətldə təqsirləndirilən Vətən müharibəsi qazisinə hökm oxundu

20 Sentyabr 2022 13:51

Bakı Ağır Cinayətlər Məhkəməsində ölümdə təqsirləndirilən Vətən müharibəsi qazisinin işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Y.Quliyev 9 il azadlıqdan məhrum edilib.

İttihama görə, 1999-cu il təvəllüdlü Yəhya Quliyev 1998-ci il təvəllüdlü Zamiq Həşimli və 1992-ci il təvəllüdlü Eynulla İbadovu döyməkdə təqsirləndirilir.

Hadisə nəticəsində Eynulla İbadov aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb. .

Qeyd edək ki, Quliyev Yəhya Nuhbala oğlu Vətən müharibəsində yaralanaraq qazi olub. O, "Qubadlının azad olunmasına görə" medalı ilə təltif olunub.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə iş açılıb, hadisəni törədən şəxs saxlanılıb.

Milli.Az