Quranın nəzərincə yaxşı həyat yoldaşı necə olmalıdır?

7 Aprel 2012 18:47
Başdan-ayağa qədər həm zahirində, həm də əxlaq və rəftarında ona bənzəməyə çalışar. Ona görə də nümunə seçdiyi insan haqqında məlumat toplayar. Bu cür nümunə insanların bir çoxu Quranda bəyan edilmişdir. Məlumat toplamaq üçün Quran və hədislərdən bəhrələnər. İmamların (ə) əməli əxlaqlarına istinad etməyə çalışar.

Yeməklərdə çalışar ki, onların yediyi şeylərdən yesin. Geyim və sairədə də həmçinin. Onların çirkin və pis saydığı şeyləri o, da pis sayar. Evlilik məsələlərində də mömin insan çalışar ki, Məsumlara (ə) təqlid etsin. O şey ki, onların nəzərincə meyar sayılır, onlara əməl etməyə çalışar.

Milli.Az "Əhli Beyt"ə istinadən bildirir ki, ona görə də bu meyarları tanımaq çox mühümdür. Çünki onları tanıyaraq, onlara əməl etməyə çalışacaqdır.

Quranın nəzərincə ən yaxşı həyat yoldaşı necə olur?

Quran yaxşı həyat yoldaşını xeyir kimi şərh etmişdir. Xeyir elə bir şeydir ki, hamının ona rəğbəti vardır və hamı ona can atır. Ona görə də yaxşı həyat yoldaşı - yəni, o şeydir ki, hamının rəğbətini qazanmışdır. Hamı arzu edir ki, bu cür həyat yoldaşı olsun. Gözəllik baxımından, insanlıq baxımından kamildir və heç bir qüsuru yoxdur. Baxışı, əxlaq və rəftarı baxımından təkamül yolundadır.

Quranda bu cür həyat yoldaşı kimi Asyanı (s.ə), İmranın qızı Məryəmi (s.ə) qadınlar içində və Həzrət İbrahimi (ə) kişilər içərisində nümunə kimi  görmək olar.

Ümumilikdə isə Həzrət Peyğəmbər (s) kişilər arasında ən üstün nümunə kimi tanıtdırılır. Həyat yoldaşı kimi də onun kimisi olmamışdır.

Quranın ən yaxşı ailə kimi tanıtdığı Həzrət Əlinin (ə) ailəsidir. Bu, Quranın "İnsan" surəsində bəyan edilmişdir. Bu ailənin üzvləri məsum və kamil insanlardır. Bu ailə hər bir cəhətdən nümunə atadan, anadan və övladlardan ibarətdir. Övladları elə tərbiyə olunublar ki, onlardan yaxşısı yoxdur.

Ərlə arvad bir-birini tamamlayar

Quran ailə həyatını ən yaxşı həyat hesab edir. Yardalışın lap əvvəlinə nəzər salsaq, görərik ki, kişi tək olmamışdır, yanındakı həyat yoldaşı onun canından və bədənindən yaradılmışdır. Bu yolla da onlar bir-birinin ruhi və cismi ehtiyaclarını tamamlayarlar. Quranın təhlilinə görə kişi və qadın ayrı-ayrı varlıqlardır. Hərəsinin özünün ruhu və psixolojiyası vardır. Ona görə də hər kəs öz rəftar və danışığına cavabdehdir. Hər kəs öz yükünü özü daşıyar. Qiyamət günü də kişi və qadın ayrı-ayrılıqda sorğu-sual ediləcəklər. Ancaq bu dünyada elə yaradılıblar ki, bir-birini tamamlayırlar. Başqa sözlə desək, kişi və qadın bir-birindən asılı olan iki varlıqdır. Kişi arvadının sütunu və söykənə biləcəyi dirəyidir. Ona görə də kişi ilə qadın bir-birinin yanında kamala çatmalıdırlar. Əks halda eyb və nöqsan yaranar.

Ən yaxşı həyat yoldaşı

Allah-Təala Quranın "Nisa" surəsində buyurur: "Ey iman gətirənlər, (ərləri ölmüş) qadınları zorla (cahiliyyət adətlərinə uyğun olaraq ərlərinin malları kimi) irs aparmağınız halal deyil. Həmçinin irslərinin sizə çatması üçün varisi olduğunuz qadınların evlənmələrinə mane olmağınız halal deyil. (Eləcə də mehriyyə olaraq) onlara verdiklərinizin bir hissəsini (əllərindən) almaq üçün onları (ərləri olduğunuz qadınları), (itaətsizlik və zina kimi) aşkar çirkin bir iş görmələri istisna olmaqla sıxıntıda qoymayın (amma aşkar çirkin bir iş görmüş olsalar onları halal yollarla sıxıntıda qoymaqla onlardan bir şey ala bilərsiniz). Onlarla yaxşı rəftar edin və əgər onları xoşlamırsınızsa, (yenə də onlarla keçinin, çünki) çox vaxt siz bir şeyi xoşlamırsınız və Allah onda çoxlu xeyir qoyur". ("Nisa" 19).

Başqa yerdə belə buyurulur: "Müşrik qadınlarla, iman gətirməyincə evlənməyin. Əlbəttə ki, möminə bir kəniz azad və müşrik bir qadından - hətta o(nun camalı və malı) sizin xoşunuza gəlsə belə - daha yaxşıdır.

Həmçinin müşrik kişilərə iman gətirməyincə arvad verməyin. Əlbəttə ki, mömin bir qul azad və müşrik bir kişidən - hətta o(nun malı və məqamı) sizin xoşunuza gəlsə belə - daha yaxşıdır. Onlar (müşrik kişi və arvad ər-arvadlılıq müddəti boyunca küfr və mənəvi pozğunluq baxımından öz həyat yoldaşlarına təsir edir və nəticədə onları) oda tərəf dəvət edirlər. Allah Öz yardımı ilə Cənnətə və bağışlanmağa doğru dəvət edir və Öz ayələrini insanlara açıqlayır ki, bəlkə (düşünüb) anladılar". ("Bəqərə", 221).

Həqiqətən yaxşı həyat yoldaşı xeyirdir. Quranda həyat yoldaşının meyarı kimi onun Allaha iman bəsləməsi mühüm əhəmiyyətə malikdir. ("Təhrim" 5).  İmansız insanın əxlaq və rəftarı bəyənilməz. Çünki, bu insan Allaha və Qiyamətə inanmadığı üçün ərinə xəyanət edə bilər, bir çox ailə qanunlarını poza bilər. Həmçinin, bu cür qadın yaxşı övlad tərbiyə edə bilməz. Başqa bir meyar - ərinə təslim olmaqdır. Çünki, əgər ərinə təslim olmazsa, hər biri ayrı-ayrı yollarda gedəcəklər ki, bu da ailədə bir çox problemlər yaradacaqdır. Quranın göstərdiyi başqa meyarlara cəhənnəmdən uzaq olmağını, oruc tutmağı, imanını hifz etmək üçün əri ilə bir yerdə hicrət etməyi göstərmək olar.

Milli.Az