Uşağı neçə yaşda pampersdən çıxarmaq lazımdır? - Pediatr

20 Sentyabr 2022 22:01

Hazırda uşaqların tualet probleminin rahatlığı üçün analar uzun müddət pampersdən istifadə edir.

Sonra isə bu prosesdən uşağı ayırmaqda çətinlik çəkirlər.

Milli.Az medicina.az-a istinadən bildirir ki, pediatr Elşən Tağıyev valideynlərə bez tövsiyəsi verib.

"Uşaq bezindən imtina yaşı hər uşaqda fərqli ola bilər. Bu uşağın psixikasından da asılıdır. Tibbə görə təxminən 2 yaşdan başlayaraq uşaq bezindən çıxmaq olar. Bu proses 6 aydan 1 ilə qədər davam edə bilər".

Milli.Az