Zaqatalada mikroavtobusla avtomobil toqquşdu - Xəsarət alanlar var - FOTO

20 Sentyabr 2022 21:16

Zaqatalada mikroavtobus ilə minik avtomobili toqquşub, 3 nəfər xəsarət alıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Zaqatala şəhəri ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan "Mersedes-Vito" markalı mikroavtobusla minik avtomobili toqquşub və nəticəsində üç nəfər rayon sakinləri aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az