"Azad edilmiş ərazilərin tarixi irsinin bərpası üzərində fəal işləyirik" - Anar Kərimov

20 Sentyabr 2022 11:09

Azərbaycanın əsas məqsədi işğaldan azad edilmiş ərazilərin və mədəni irsin bərpasıdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu mədəniyyət naziri Anar Kərimov "Azərbaycanda mədəni iqtisadiyyat: Şuşa - inkişaf impulsları" mövzusunda keçirilən tədbirdə deyib.

"Bu gün biz işğaldan azad edilmiş ərazilərin fiziki bərpası ilə yanaşı, Qarabağın tarixi irsinin, mədəniyyətinin, dəyərlərinin və adət-ənənələrinin bərpası istiqamətində də fəal işləyirik".

Nazir vurğulayıb ki, Azərbaycanın bu təşəbbüsü həyata keçirmək üçün hər cür imkanları var.

A.Kərimovun sözlərinə görə, mədəniyyət iqtisadiyyatının inkişafında yaradıcılıq sənayesi getdikcə daha çox əhəmiyyət kəsb edir.

O vurğulayıb ki, nazirlik yaradıcı sənayenin inkişafı strategiyasını hazırlayıb.

"Bu strategiya bütün zəruri sahələri, o cümlədən ixrac potensialını, dövlət dəstəyini, təşviqi, eləcə də ÜDM-in ümumi payında bu sektorun artırılmasını əhatə edir. Əminik ki, bizim yaratdığımız şərait özəl sektorun bu sahəyə cəlbinə kömək edəcək", - nazir bildirib.

A.Kərimov əlavə edib ki, yaradıcı sənayedə fəaliyyət göstərən özəl sahibkarlar artıq layihələr həyata keçirməyə başlayıblar.

Milli.Az