Hadisə Məhsa Əminidən yazdı: “Çox məyusam” - FOTO

20 Sentyabr 2022 19:06

Xəbər verdiyimiz kimi, Tehranda 22 yaşlı Məhsa Əmini polislər tərəfindən öldürülüb. Dəhşətli olaya Türkiyənin pop ulduzu Hadisə səssiz qalmayıb.

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, müğənni sosial şəbəkə hesabında Məhsanın ölümünə sərt reaksiya verib.

"Məhsa Əmini, 22 yaşlı gənc qız. İranda əxlaq polisi tərəfindən saçları göründüyü üçün onu çox döydülər və müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. Çox məyusam", - deyə Hadisə bildirib.

Milli.Az