Tehranda qəzəbli etirazçılar polis maşınını belə aşırdı - ANBAAN VİDEO

20 Sentyabr 2022 11:50

Tehranda etirazçılar polis avtomobilini aşırıb.

Milli.Az Bizim.Media-ya istinadən xəbər verir ki, nümayişçilər "Diktatora ölüm, diktatora ölüm! Ar olsun, ar olsun! Qeyrətsiz rəhbərimizə ar olsun!" şüarlarını səsləndiriblər.

Xatırladaq ki, bir neçə gün öncə İranın "Əxlaq" polisi tərəfindən Məhsa Əmini adlı 22 yaşlı günahsız gənc qızın hicab bəhanəsi ilə vəhşicəsinə döyülərək qətlə yetirilməsinə qarşı bütün ölkə ərazisində əhali etiraz yürüşləri keçirir.

Polis etirazçılara qarşı su şırnağı və gözyaşardıcı qazdan istifadə edib. 

Milli.Az