Ərbəin mərasimində 100-ə yaxın iranlı zəvvar həlak oldu

20 Sentyabr 2022 10:55

İraqda Ərbəin mərasimi zamanı 100-ə yaxın İran vətəndaşı həlak olub.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə məlumatı İranın Bağdaddakı səfiri Məhəmməd Kazem as-Sadek açıqlayıb.

Onun sözlərinə görə, sözügedən İran zəvvarları yol-nəqliyyat hadisələri, xəstəlik və yaxud yaşlarının çox olması səbəbindən dünyalarını dəyişib.

O bildirib ki, bu il Kərbəla şəhərinə rekord sayda, yəni təqribən 3 milyon iranlı zəvvar gedib.

İraq rəhbərliyinin rəsmi məlumatına görə isə, bu il ölkədə Ərbəin mərasimində 21 milyondan çox insan iştirak edib.

Milli.Az