Bakıda FACİƏ: pəncərə silən qız 8-ci mərtəbədən yıxılaraq öldü

20 Sentyabr 2022 10:33

Bakıda 18 yaşlı qız 8-ci mərtəbədən yıxılaraq ölüb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Milli.Az-a sorğusuna cavab olaraq bildirilib ki, sentyabrın 19-da, Binəqədi rayonu, Mir Cəlal küçəsi 72 ünvanında yaşayan 2004-cü il təvəllüdlü Sevinc Bəkdəmirovanın pəncərələri silərkən ehtiyatsızlıqdan 8-ci mətəbədən yerə yıxılaraq ölüb.

"Faktla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır", - məlumatda qeyd olunub.

Milli.Az