Məşhur repçi konsertində qabırğalarını sındırdı - VİDEO

20 Sentyabr 2022 20:18

"Post Malone" ləqəbi ilə məşhurlaşan repçi Ostin Riçard Post Amerikanın Sent-Luis şəhərindəki konserti zamanı yıxılıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bilmədən ayağını səhnədəki boşluğa atan sənətçi yıxılarkən sinəsindən bərk zədə alıb.

Repçinin köməyinə oradakı işçilər çatıb. Həkim müayinəsindən keçən Ostinin 3 qabırğasının sındığı məlum olub.

Qeyd edə ki, hadisədən 15 dəqiqə sonra "Post Malone" çıxışına davam edib. 

Milli.Az