Tanınmış sənətçinin evinə naməlum şəxs daxil oldu

20 Sentyabr 2022 09:18

Los-Ancelesdə naməlum şəxs Castin Biberin evinə daxil olub.

Naməlum kişi mühafizəçilərin yanından ötərək evin həyətinə girib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, təhlükəsizlik xidməti onu görən kimi, kişi hasardan tullanaraq qaçıb.

Təqiblərə baxmayaraq, onu tutmaq mümkün olmayıb.

İnsident zamanı Castin Biber və həyat yoldaşı evdə olmayıblar. Cütlük qastrol şouları arasında istirahətə yollanıb.

Milli.Az