Paltar ipi vasitəsi ilə polislərdən qaçmağa çalışdı - VİDEO

20 Sentyabr 2022 16:04

Türkiyənin Tekirdağ vilayətinin Çorlu rayonunda polislər cinayət törətməkdə şübhəli bilinən şəxsin evinə yollanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hüquq mühafizə orqanlarının əlinə keçmək istəməyən kişi altıncı mərtəbədə yerləşən mənzilinin eyvanından qaçmağa çalışıb.

O, paltar ipinin vasitəsi ilə enməyə çalışmaq istəsə də buna nail ola bilməyib.

Polislər onu saxlayaraq istintaqa cəlb edib.

Milli.Az