Türkiyə kosmosa ilk insanlı səyahət üçün tarixi bir müqavilə imzalayıb.
Bu barədə Türkiyə sənaye və texnologiya naziri Mustafa Varank məlumat verib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, nazir "Twitter" hesabında Türkiyə Cümhuriyyətinin 100-cü ildönümündə keçiriləcək ilk insanlı kosmos səyahəti ilə bağlı mühüm açıqlamalar verib.
"Cümhuriyyətimizin 100-cü ildönümündə həyata keçiriləcək ilk insanlı kosmos missiyası ilə bağlı tarixi müqaviləyə imza atdıq.
Kosmosa gedəcək türkiyəli səyahətçi ilə bağlı seçimlər davam edir. Bununla bağlı təlim və uçuş xidməti üçün "Axiom_Space" şirkəti ilə əməkdaşlıq edəcəyik", - deyə Mustafa Varank qeyd edib.
Milli.Az