50-ə yaxın adam “Ostankino” qülləsində çətin vəziyyətdə qalıb - VİDEO

20 Sentyabr 2022 17:40

Rusiyanın paytaxtı Moskvada əlliyə yaxın adam "Ostankino" qülləsində çətin vəziyyətdə qalıb.

Yenidənqurmadan sonra iki məktəbli qrupu və digər turistlər "Ostankino" qülləsini ziyarət etmək qərarına gəliblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, güclü külək səbəbindən liftlər fəaliyyətini dayandırıb. Məlumata görə, küləyin sürəti 19 m/s olan zaman liftlər avtomatik olaraq dayanır.

Rəhbərlikdən bildirilib ki, bu, qorxulu hal deyil, məktəblilərə və digər turistlərə artıq su verilib.

Ölən və yaralananlar olmayıb. Mərtəbədə gözləyən bəzi uşaqlar döşəməyə uzanıblar. Bəziləri isə yuxuya gediblər.  

Milli.Az