Yol vermək üstündə sərnişin avtobusunu atəşə tutdular - VİDEO

20 Sentyabr 2022 15:24

Türkiyənin Düzce şəhərində sərnişin avtobusu atəşə tutulub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, səbəb isə avtobus sürücüsünün motosiklet sürücüsünə yol verməməsi olub.

Hadisə başqa bir avtobusun kamerasına düşüb.

Görüntülərdən bəlli olur ki, motosikletdən avtobusa tapança tuşlanır. Atəş səsini eşidən sərnişinlər təlaşla polisə xəbər verməyə çalışırlar.

Xoşbəxtlikdən, hadisə zamanı xəsarət alan olmayıb.

Milli.Az