Ukrayna limanlarından ərzaq daşıyan daha 6 gəmi yola düşüb

20 Sentyabr 2022 08:49

Sentyabrın 19-da ərzaq daşıyan altı gəmi Birgə Koordinasiya Mərkəzindən icazə alaraq Ukrayna limanlarını tərk edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatı (BMT) xəbər verib.

"Koordinasiya Mərkəzi bildirir ki, Qara Dəniz Taxıl Təşəbbüsü çərçivəsində ümumilikdə 212 580 ton taxıl və digər ərzaq məhsulları daşıyan altı gəmi Ukrayna limanlarını tərk edib", - deyə qeyd olunub.

BMT "Arcturus" (69 min 80 ton buğda) və "Gulmar" (16,3 min ton buğda, 17,350 ton qarğıdalı və 8,350 ton arpa) gəmilərinin İspaniyaya yollandığını açıqlayıb. "Akson Sara" (30,7 min ton qarğıdalı) və "Fulmar S" (4,4 min ton günəbaxan unu və 3,4 min ton raps unu) quru yük gəmiləri İtaliyaya gedib.

Bundan əlavə, "Tomahawk" gəmisi Çinə 60 min ton günəbaxan unu, "Esence" gəmisi isə Türkiyəyə 3 min ton buğda daşıyacaq.

Milli.Az