Özbəkistan gələn ildən əcnəbi turistləri vergidən azad edəcək

20 Sentyabr 2022 08:57

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev müvafiq qurumlara 2023-cü il yanvarın 1-dən əcnəbi turistlər üçün "tax free" sisteminin tətbiqi barədə göstəriş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Mirziyoyevin mətbuat katibi Şerzod Asadov bildirib.

"Duty free" və "tax free" sistemlərinin tətbiqi ilə bağlı qərarın imzalanmasından üç il keçməsinə baxmayaraq, gecikmələrə yol verilir. Bu sistemlər 2023-cü il yanvarın 1-dən tam fəaliyyət göstərməlidir", - məlumatda deyilir.

Mətbuat katibi qeyd edib ki, ölkə başçısı gəlmə turizmin inkişafına mane olan bütün məhdudiyyətlərə yenidən baxılması barədə göstəriş verib.

Onun sözlərinə görə, aidiyyəti qurumlara xarici turistlərin müvəqqəti qeydiyyatının onlayn məlumatlandırma proseduruna keçirilməsi də tapşırılıb.

Milli.Az